Məşhur yazıçı sarı kəpənəklərlə anıldı

Meksikanın Qvadalaxara şəhəri beynəlxalq kitab sərgisinə ev sahibliyi edir. 2014-cü il Qvadalaxara kitab sərgisində bu ilin aprelində dünyasını dəyişən məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin xatirəsi yad edilib.

Sərgi müxtəlif ölkələrdən yüzlərlə kitabsevəri cəlb edib. Tədbirdə Latın Amerikasının bir sıra məşhur yazıçıları və ictimai xadimləri iştirak edib. Kitabsevər gənclər isə Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” əsərindəndəki sarı kəpənəkləri təcəssüm etdirən kağız kəpənəklər düzəldiblər.

Qvadalaxara kitab sərgisi ispandilli ədəbiyyat nümunələrinin nümayiş etdirildiyi ən böyük kitab sərgisi hesab edilir. Sərgi bu il artıq 28-ci dəfədir keçirilir. …read more

From:: ANS