Rusiyanı 54 mindən çox azərbaycanlı tərk edib

Rusiyanı ötən ilin ikinci yarısında bir milyon xarici vətəndaş tərk edib.

ANS PRESS-in məlumatna görə, bu barədə Rusiyanın Federal Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində Rusiyanı ən çox tərk edən özbəklərdir, onların sayı 364 min nəfər təşkil edir. İkinci yerdə isə 174 min nəfərlə taciklər gəlir.

Azərbaycanlılara gəldikdə isə 2014-cü ilin birinci yarısında Rusiyanı 16 min 461, ikinci yarısında isə 28 min 196 nəfər tərk edib.

Ötən il Rusiyaya axın edənlər isə əsasən Ermənistandan və Moldovadan olub. Əcnəbilərin Rusiyanı tərk etməsinə əsas səbəb kimi bu ölkədəki iqtisadi böhran, bahalaşma və rublun dəyərinin kəskin düşməsi göstərilir. …read more

From:: ANS