Yol işarələri dəyişdirilir

Ukrayna dilində olan yol işarələri dəyişdirilir.

ANS PRESS-in məlumatına görə, Krımda Ukrayna dilində olan yol işarələrinin dəyişdirilməsi işləri aparılır. Ötən gün şoselərin birində canlı musiqi sədaları altında ukraynca olan işarələr rus dilində olanları ilə əvəzlənib.

Tədbirdə Krımın Parlament sədri Vladimir Konstantinov və millət vəkilləri iştirak ediblər.

Krım rəhbərliyi, yarımadada 4 mindən çox yol işarəsinin dəyişdiriləcəyini açıqlayıb.

İşarələrin dəyişməsi ilə əlaqədar işlərin bu ilin sonuna qədər tamamlanması gözlənilir. …read more

From:: ANS