Təyyarə çaya belə düşdü: 9 ölü (VİDEO, FOTO)

Tayvanda qəzaya uğrayan təyyarədə ölənlərin sayı artıb. ANS PRESS-in məlumatına görə,
TransAsiya hava yollarına məxsus “ATR-72” təyyarəsinin Taybey şəhərində qəzaya çaya düşməsi nəticəsində 9 nəfər sərnişin həyatını itirib.

10-dan artıq insanın isə yaralandığı bildirilir. Ümumilikdə təyyaənin göyərtəsində 48 nəfər olub. Onlardan 2-i uşaq, beşi isə heyət üzvü olub.

Təyyarədə olanların bir necəsi öz gücünə sahilə çıxa biliblər. Lakin təyyarənin içərisində hələ də 10-a yaxın insanın olduğu deyilir. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, Tayvanda “TranAsia” havayollarına aid daxili uçuş həyata keçirən sərnişin təyyarələrindən biri paytaxt Taybeydə havaya qalxdıqdan bir müddət sonra körpüyə çıpılaraq Kilanq çayına düşüb.

Ötən ilin iyul ayında “TranAsia” hava yollarına məxsus başqa bir təyyarə fırtına səbəbilə qəzaya uğramış və 48 nəfər dünyasını dəyişmişdi.

…read more

From:: ANS