Ana ölümü haqda rəsmi açıqlama

“Hazırda Lənkərandakı ana ölümü faktı araşdırılır. Amma indidən həkim səhlənkarlığından danışmaq tezdir”.

Bunu ANS PRESS-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Onun sözlərinə görə, qadını Cəlilabaddan Lənkərana ağır vəziyyətdə gətiriblər. “Dərhal əməliyyata götürüblər. Həkimlər körpənin həyatını xilas ediblər, ananı, təəssüf ki, yox”.

Anar Qədirli bildirib ki, qadın qanaxmadan dünyasını dəyişib. “Tibbi ekspertiza təşkil olunub. Məsələ araşdırılacaq. Amma indidən konkret nə isə demək olmaz. Bu barədə mütləq komissiyanın rəyi olmalıdır”.

Xatırladaq ki, fevralın 2-dən 3-nə keçən gecə Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana ölümü olub. Cəlilabad rayonu, Alar kənd sakini, 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin qadın əməliyyatdan sağ çıxmayıb. Bu 29 yaşlı qadının 3-cü hamiləliyi olub. Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir. …read more

From:: ANS