Balıqlar uşağı parçaladı

Braziliyada 6 yaşlı uşaq dəhşətli şəkildə ölüb. ANS PRESS-in məlumatına görə, 6 yaşlı qız Monte Aleqre şəhərindəki Rio Maicuru çayına yıxılıb. Yırtıcı pirani balıqları qızı yeyərək ölümünə yol açıblar.

Adı açıqlanmayan qız tətilini keçirmək üçün nənəsigilə gedib. O 3 uşaq və nənəsi ilə birlikdə əylənmək üçün çay kənarına gedib. Uşaqlar çayda kiçik qayıqla gəzintiyə çıxıblar. Lakin qəfildən qayıq çevrilib.

Nənə və yaşca böyük 3 uşaq sahilə çıxa biliblər. 6 yaşlı qızı isə xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gələn xilasedicilər qızın cəsədini sudan çıxara biliblər. Onun bədəninin aşağı hissəsi sümüklərinə kimi tamamilə parçalanmış vəziyyətdə olub. …read more

From:: ANS