Ukrayna vətəndaşlarının Rusiyaya girişi asanlaşdı

Rusiya bundan sonra Ukrayna vətəndaşlarından xarici pasport tələb etməyəcək.

ANS PRESS-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın hümanitar səbəbləri rəhbər tutaraq Rusiyaya gəlib-gedən ukraynalılar üçün xarici pasport tələbini irəli sürməyəcəyini bildirib.

Ukrayna bu ilin martın 1-dən Rusiya vətəndaşlarına ölkəyə daxili pasportlarla daxil olmağı qadağan edir. Müvafiq sərəncam Ukrayna baş naziri Arseni Yatsenyuk tərəfindən imzalanıb.

Sergey Lavrov Ukraynanın rusiyalı vətəndaşlara ölkəyə daxili pasportlarla girişi qadağan etməsindən təəssüfləndiyini bildirib. Rusiya XİN-in bəyanatında Kiyevin qərarının iki dövlətin milyonlarla vətəndaşı arasında ünsiyyəti, insani əlaqələri əngəllədiyi qeyd olunub.

Bundan əvvəl Moskva Gömrük İttifaqına üzv olan ölkələr və Ukrayna vətəndaşları istisna olunmaq şərtilə yanvarın 1-dən MDB vətəndaşları üçün Rusiyaya yalnız xarici pasportla gediş-gəlişi mümkün edən qaydalar tətbiq etmişdi. …read more

From:: ANS