Bu ölkənin prezidenti Putindən üzr istədi

Polşa prezidenti Bronislav Komorovski ölkənin xarici işlər nazirinin dediklərinə görə üzr istəyib. Buna səbəb isə nazir Qjeqoja Sxetınanın Rusiya ilə bağlı səsləndirdiyi fikirləri olub.

Belə ki, fevralın 2-də çıxış edən nazir II Dünya müharibəsində əldə edilən qələbənin Moskvada qeyd edilməsinə şübhə ilə yanaşmışdı. Sxetına təntənəli tədbirlərin Polşa, London və ya Berlində keçirilməsini təklif etmişdi.

Prezident isə açıqlamasında deyib ki, Varşava rusların Qələbə günün korlamaq niyyətində deyil.
Tarixçilərin, eksper və Avropa liderlərinin may ayının 8-də Qdanskda planlaşdırlan konfransıMoskva paradına alternativ deyil.

Bu forumda İkinci Dünya müharibəsinin Avropa üçün nəticələri müzakirə ediləcək. …read more

From:: ANS