Türkiyədə zəlzələ oldu

Türkiyənin cənub-şərq hissəsində, Van əyalətində zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, Boğaziçi Universitetinin və Türkiyənin Seysmik Tədqiqatlar İnstitutunun Kandilli Rəsədxanasından bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:48-də qeydə alınıb.

Zəlzələnin maqnitudu 4,1 təşkil edib.

İlkin məlumata görə, ölən və dağıntı olmayıb.

Yeraltı təkanlar əhalini ciddi qorxudub, onların arasında təlaş yaranıb. Qonşu əyalətlərdə yaşayanlar da təbii fəlakəti hiss ediblər. …read more

From:: ANS