İlanların davası (VİDEO)

Amerikada qəribə hadisə qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Texas əyalətində bir su anbarının yanında qarşılaşan ilanlar arasında dava olub. Mavi ilanla digər ilanın amansız mübarizəsi insanları xeyli heyrətləndirib.

Mübarizədən mavi ilan qalib çıxır və daha sonra rəqibini udmağa başlayır. Təxminən yarım saat ərzində mavi ilan digərini tamamilə udub.

Texasda tez-tez görülən mavi ilanların zəhərə qarşı immuniteti var. Məhz bu səbəbdən zəhər buraxan sürünənlərlə bəslənən mavi ilanlar Texasda xüsusi olaraq qorunur.

…read more

From:: ANS