Sanksiyalara içki ilə “dərman”

Rusiyada istehlakçıları əldəqayırma araqlardan daşındırmaq üçün bu içkinin qiyməti minimuma endirilib.

ANS PRESS-in məlumatına görə, bu barədə “The Moscow Times” vebsaytı xəbər verib.

İndi Rusiyada yarım litr içkinin qiyməti 185 rubla ($2.70) bərabərdir. İçkinin bundan əvvəlki 220 rubl qiymətilə müqayisədə yeni qiymət 16% ucuzdur. Rəsmilər ucuz arağın insanları qeyri qanuni hazırlanmış əldəqayırma spirtli içkilərdən daşındıracağına ümid bəsləyirlər.

Rusiyada 2010-cu ildə arağın minimal qiyməti ölkədə spirtli içkilərin istehlakını azaltmaq məqsədilə bahalaşdırılmışdı.

Lakin iqtisadi vəziyyət ağırlaşdıqca və ölkədə qiymət artımı dərinləşdikcə əldəqayırma arağa üsünlük verənlərin sayı da artmağa başlayıb.

Xatırladaq ki, ötən həftə də Rusiyada bu spirtli içkinin ucuzlaşması barədə xəbərlər yayılmış, iqtisadçı ekspertlər bunu hökumətin insanlara iqtisadi sanksiyaları unutdurmaq cəhdi kimi göstərmişdi. …read more

From:: ANS