Peşmərgə İŞİD-ə od qoydu (VİDEO)

Kürdlərin silahlı qruplaşması olan “Peşmərgə” təşkilatının əsgərləri beynəlxalq koalisiyanın aviazərbə dəstəyi ilə İŞİD-dən daha bir neçə kəndi geri ala bilib.

ANS PRESS-in məlumatına görə, Kərkük şəhərindən cənubda yerləşən kəndlərdən əlavə, bu rayonda yerləşən, daha əvvəl terroçular tərəfindən zəbt edilmiş neft yataqları da qaytarılıb.

Bundan əlavə ekstremistlər tərəfindən əsir edilmiş neftayırma zavodunun işçiləri də azad edilib. Döyüşlərdə neçə kürdün öldüyü bildirilməsə də, onların çox sayda olduğu deyilir. İŞİD tərəfindən isə 300 silahlının məhv edildiyi xəbər verilir.

Qeyd edək ki, son günlərdə ABŞ başçılıq etdiyi koalisiya qüvvələri İŞİD-in İraqdakı mövqelərinə 20 aviazərbə endirib. İŞİD buna cavab olaraq 8 ay bundan qabaq əsir götürülmüş xristian rahibi edam edib.

…read more

From:: ANS