Yeni sultan kim olacaq? (FOTO)

Türkiyənin Osmanlı tarixindən bəhs edən daha bir serialı üzərində iş sürətlənib. ANS PRESS-in məlumatına görə, Hürrəm sultandan sonra indi də Kösem sultanın həyatı ekranlara gətiriləcək.

“Kösəm sultan” serialının gələn ilin sentyabr ayından yayımlanması planlaşdırlır. Lakin hələ də serialda hansı rolu kimin canlandıracağı bəlli deyil.

Daha öncə filmin əsas obrazı üçün iki tanınmış aktrisanın adı hallanırdı. Bunlar Beren Saat və Bergüzar Korel idi. İndi isə bu siyahıya daha bir ad əlavə edilib – “Emmy” mükafatlandırma mərasimində türkiyəni təmsil edən Tuba Büyüküstün. Artıq aktrisa ilə bu sahədə görüşlər başlanılıb.

Aktrisanın bu təklifə müsbət yanaşdığı və şərtlərlə razılaşacağı təqdirdə sultan kimi yenidən efirə qayıdacağı gözlənilir.

Yeni sultan roluna onun təklif edilməsinə səbəb isə ərəb dünyasındakı populyarlığıdır. Belə ki, serialın çəkilişi ilə məşğul olacaq şirkət ərəb dünyasına inteqrasiya etməyi planlaşdırır.

Serialda baş rolu kimin canlandıracağı gələn ay bəlli olacaq.

…read more

From:: ANS