“Fənərbaxça”dan qol yağışı (VİDEO)

Türkiyə kubokunda qrup mərhələsinin VI turuna start verilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub

“Karabükspor” səfərdə “Başakşehir”lə gücünü sınayıb və matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb

“Akhisar” doğma divarları arasında “Trabzonspor”a məğlub olub – 0:2

“Fənərbaxça” isə doğma evdə I divizion təmsilçisi “Bayrut”u qol yağışına qərq edib – 5:0.

Qeyd edək ki, qrupda 11 xal toplayan “Sarı bülbüllər” 1/16 finala yüksəlib.

3 fevral
Türkiyə kuboku, VI tur
D qrupu
“Başakşehir” – “Karabükspor” – 1:2
Qollar: Perbet, 34 (1:0), Viola, 50 (1:1), Kuca, 90 (1:2)

B qrupu
“Akhisar” – “Trabzonspor” – 0:2
Qollar: Doğan, 24, Zengin, 54.

E qrupu
“Fənərbaxça” – “Bayrut” – 5:0
Qollar: Vebo, 18, Civelek, 21, Topal, 34, Vebo, 64, 74.
…read more

From:: ANS