Günün bürcü: Yolda diqqətli olun

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – günün ilk yarısında yaxşı əhvalda olun. Vaxtınızı boş işlərə sərf etməyin. Yeni layihəyə başlamaq niyyətiniz varsa, orientirləri müəyyənləşdirin. Maraqlandığınız prosesə yaxınlarınızı, etibar etdiyiniz insanları da cəlb edə bilərsiniz.
Günün ikinci yarısı fəalliyyəti intensivləşdirmək üçün münasib zamandır. Danışıqlarda məntiqli davranın.
Eyni vaxtda bir neçə işi görməyə çalışmayın. Ailədə nüfuzunuz artacaq. Azyaşlı qohumlarınız sizdən nümunə götürmək istəyəcəklər.

Buğa – mental imkanlarınız artacaq. Ətrafınızdakı insanlardan birinə təsir edərək fikirlərinizi ona daha asanlıqla anlada bilərsiniz. İş prosesində dəstək verilməli məqamlarda kənara çəkilməyin. Qeyri-adi situasiyada macəra aramayın. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısı uzaqdakı insanlardan biri ilə əməkdaşlığa başlayın.
Şəxsi münasibətlərdə durum normaldır. Fəqət, çox sevdiyiniz insanlardan biri ilə ayrılıq olacaq. Potensial sifarişçi və ya müştəri ilə danışıqlara başlayın.

Əkizlər – yarımçıq qalan, həllini gözləyən işləri başa vurun. Qarşınızdakı maneələri ardıcıllıqla, tələsmədən dəf edin. Yeni işə başlamaq olar. Maraqlı layihə varsa, maraqlarınızı təmin etmək şərtilə təklifləri dəyərləndirin.
Günün ikinci yarısında dostlardan və ya tanışlardan biri ilə əməkdaşlığı intensivləşdirmək olar. Diqqətsizlik və laqeydlik sizi naqolay vəziyyətdə qoya bilər.
Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın.
Axşam saatlarını evdən kənarda keçirmək niyyətiniz varsa, relaksa can atın.

Xərçəng – yeni biliklər, məlumatlar əldə etmək üçün münasib zamandır. İmtahanı uğurla vermək, çətin sınaqdan çıxmaq olar. Yeniliklərdən imtina etməyin. Peşəkar fəaliyyətinizdə rekonstruksiyaya lüzum duyulur.
Günün ikinci yarısında iti və kəsici alətlərlə ehtiyatlı olun. Özünüzü yaxşı hiss etməsəniz belə, başladığınız işi yarımçıq qoymayın. Səhhətinizə fikir verin.
Axşam saatlarında normal istirahət edin.

Şir – ən adi, rutin işləri yerinə yetirərkən problemlərin həllinə yaradıcı yanaşın. Yaşamınızda nəyisə dəyişmək istəyəcəksiniz. Uzaq səfər və ya fəaliyyətinizin köklü yönləndirilməsi ilə bağlı fikirlər ola bilər.
Biznesdə yaxşı nəticələr istisna deyil.
Günün ikinci yarısında qohumlardan və ya dostlardan birinin əlavə maliyyəyə ehtiyacı yaranacaq. Yaşam arealınızı təkmilləşdirin. Daha rahat, komfortlu ortam yaradın.

Qız – günün ilk yarısındakı qəfil hadisə peşəkar fəaliyyət müstəvisi ilə …read more

From:: ANS