40 milyon manatın aqibəti (VİDEO)

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov “Xəbərçi”nin qonağı olub.

O, “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriməsilə bağlı sualları cavablandırıb.

– Adəm bəy, söhbət az insan taleyindən getmir. Ən azı 8 min insanın pulu əlindən alınaraq aldadılıb? Əvvəlcə onlar itirilmiş pullarını geri ala biləcəklərmi?

– Bu pulun geri alınması üçün ilk növbədə cinayət törədən şəxslərin əmlak vəziyyətləri yoxlanılmalıdır. Onların daşınan və daşınmaz əmlakı olub-olmaması barəsində istintaq tərəfindən müvaffiq araşdırma aparılmalıdır. Bəzən belə cinayət hadisəsi törədən şəxslər adlarına mülklər almırlar. Məhz onlar digər qohum və tanışlarının adına əmlak alırlar Amma buna baxmayaraq məhkəmə istintaq təcrübəsində müəyyən olunur ki, kimin adına almasından asılı olmayaraq məhkəmə hökmü ilə həmin əmlakların üzərinə yönəldilməklə müsadirə edilərək vətəndaşların pulları ödənilə bilər.

– Bu insanlar hüquqi baxımdan aidiyyati qurumlara müraciət etsələr, sözsüz ki, itirilmiş vəsaitlərin geri ala bilərlər?

– Zərərçəkmiş şəxslər, eyni zamanda cinayət məsuliyyətinə cəlb olunmasıyla bağlı ərizə yazmaqla yanaşı mülki iddia da qaldırmalıdırlar. Müraciətdə onlara dəymiş maddi ziyanı da göstərməlidirlər. Məhkəmə də bununla bağlı qərar qəbul etməlidir.

– Adəm bəy, müstəqilliyin ilk illərində “Vahid bank”, muncuq əməliyyatları olub və onda insanımız bu qədər maarifli olmamışdı. Dünyanın bu dönəmində bu qədər kişi necə aldadıla bilər?

– Həmin təşkilat hüquqi şəxsdir və lisenziya verilmiş bir təşkilatdır. Adətən vətəndaşlar gəlib təşkilata müraciət edirsə və orada müqavilə bağlayırsa, artıq inanır ki, işə düzəlib. Yəni bunun əsas problemi və çətinliyi ondan ibarətdir ki, artıq ciddi təşkilat görüntüsü yaradıb.

– Pul ödəmək müqabilində işə necə düzəlmək mümkündür?

– Əslində insanlar bilməlidirlər ki, pul müqabilində işə düzəlmək düzgün deyil. Onun o işə uyğun olub-olmaması və bu işi bacarıb-bacarmaması kimi problemlər ortaya çıxa bilər. Əslində insanlar peşəsinə uyğun iş seçməlidirlər. Adətən bir də görürsüz ki, mühafizədə çalışır – arıqdır, cılızdır, amma buna baxmayaraq vətəndaş özünə aid, peşəsinə uyğun …read more

From:: ANS