Hava xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu tibbi-meteoroloji proqnoz yayıb.

ANS PRESS-in ETSN-ə istinadla verdiyi məlumata görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin dəyişməsi, şimal küləyinin güclənməsi, eyni zamanda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Nazirlik bu səbəbdən insanlara xəbərdarlıq edib.

Qeyd edək ki, sabahdan ölkə daxilində havalar soyuyacaq. Dekabrın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, arabir yağıntı olacaq.
Şimal küləyi güclənəcək. Bakıda və Abşeron yarımadasında temperatur gecə və gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Dekabrın 2-si rayonlarda da fasilələrlə yağıntı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında temperatur gecə 1-4, gündüz 4-8 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. …read more

From:: ANS