Putin İrəvana ağır zərbə vurur

Bu həftə keçirilən Avropa Parlament Şurasının sesiyasında Ermənistan nümayəndə heyəti Rusiyanın səs hüququndan məhrum edilməsi haqqında səsvermədə ümumiyyətlə iştirak etməyib.

ANS PRESS-in məlumatına görə, erməni nümayəndə heyətinin bu addımı ölkədə təəccüblə qarşılanıb.

Erməni deputatlar Rusiyanın xeyrinə səs vermədi. Bu səbəbdən Rusiyanın Ermənistana daha sərt şəkildə cavab verəcəyi bildirilir.

Artıq İrəvanda müzakirələr başlanıb. Sual olunur ki, erməni deputatlar niyə birdən-birə belə addım atıblar. Halbuki bütün beynəlxalq qurumlarda ermənilər həmişə Rusiyanın maraqlarını müdafiə edib.

Xatırladaq ki, keçən il BMT Krımın zəbt edilməsi barədə qətnaməni qəbul edərkən Ermənistan Rusiyanı müdafiə etmişdi.

Həmin səsvermədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləmiş və bu mövqeni açıq-aşkar ortaya qoymuşdu.

Erməni mətbuatı yazır ki, Azərbaycan nümayəndə heyətinin səsvermədə mövqeyi Rusiyanın Ermənistana zərbə vurduğunu göstərir: “Ola bilsin Rusiya, Türkiyə və Azərbaycanın nümayəndə heyətləri ilə razılığa gəlib ki, qətnaməyə qarşı çıxsınlar. Bunun əvəzində isə Rusiya Azərbaycanın Ermənistana qarşı təqdim etdiyi qətnaməni musbət qiymətləndirəcək. Bu “erməni soyqırım”ın 100 illik ildönümünə təsadüf edə bilər. Rusiya başa düşür ki, bu vəziyyətdə Türkiyənin və Azərbaycan nümayəndələrinin səsləri erməni deputatların səslərindən daha əhəmiyyətlidir”. …read more

From:: ANS