Müxalifətçinin qaynanası Ayranlıda dəfn olundu (FOTO)

Türkiyənin anamüxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qaynanası Fatma Özdağ vəfat edib. ANS PRESS-in məlumatına görə, 88 yaşlı Özdağ Tunceli vilayəti Nazimiyə rayonunun Ayranlı kəndində torpağa tapşırılıb. Təziyə mərasimində müxalifət lideri ilə yanaşı CHP idarə heyətinin üzvləri və bu partiyadan olan bəzi millət vəkilləri də iştirak ediblər.

Bu ilin mart ayında keçirilən bələdiyyə seçkisində məruz qaldığı məğlubiyyətdən sonra partiyadan ayrılacağı və partiya daxili müxalifətin lideri olduğu barədə söz-söhbətlər gəzən Mustafa Sarıgül də cənazə mərasimində iştirak edib.

Hökumət başçısı Əhməd Davudoğlu isə ötən gün zəng vuraraq Kamal Kılıçdaroğluna başsağlığı verib.

…read more

From:: ANS