Vaqif Cavadovun komandasından 2 transfer

Azərbaycanlı futbolçu Vaqif Cavadovun çıхış etdiyi “Boluspor” daha iki transfer edib.

ANS PRESS-in məlumatına görə, PTT 1-ci liqa klubu Ogün Aytaç Yavuz və Ömer Alp Kulqanı heyətinə qatıb. Hər iki oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.

Ogün Aytaç Yavuz Belçikanın “Genk” klubundan transfer edilib. 20 yaşlı futbolçu yarımmüdafiə mövqeyində oynayır.

26 yaşlı müdafiəçi Ömer Alp isə ilk yarıda “Dənizlispor”un formasını geyinib. …read more

From:: ANS