Avtobusda yanğın – Bakıda

Bakıda sərnişin avtobusunda yanğın olub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda “ TRANSQEYT ” MMC-yə məxsus “DAEVOO” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd arxa oturacaqlar yanıb.

Yüksək temperaturdan avtobusun içərisində olan plastik materiallar əriyib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. …read more

From:: ANS