Ukrayna silkələndi

Ukraynanın Poltava vilayətində 4,6 bal gücündə zəlzələ olub.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna mətbuatı yazır. Bildirilir ki, əvvəllər Ukraynanın mərkəzi regionunda zəlzələ heç vaxt olmayıb.

“Bu gün səhər yerli vaxtla saat 8 radələrində Qodyaç (Poltava ərazisi) və yaxınlıqdakı kəndləri zəlzələ baş verib”, – deyə bildirilir.

EMSC-in (European-Mediterranean Seismological Centre) məlumatına görə 07:56-da 4,6 bal gücündə zəlzələ olub. Onun episentri Qodyaç şəhərindən 35 kilometr şimal-şərqə Sumsk ərazisinin Vasilyevka kəndi yanında olub.

Poltava qravimetrik rəsədxanasının əməkdaşları hadisənin təfərrüatlarını dəqiqləşdirirlər. …read more

From:: ANS