Nazirlikdən 34 nəfər çıxarıldı (FOTO)

Bu gün ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə nazirliyin aidiyyəti məsul şəxsləri iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev qurumun 2014-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb. Dövlət başçısının 342 məhkumun əfv edilməsi ilə bağlı sərəncamlarının vaxtında və dürüst icra edildiyi qeyd olunub.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 372 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.

Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib, qeyd olunub ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 203,5 litr spirtli içki, 162 mobil telefon, 656 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar tədbirlər görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib.

Eyni zamanda, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb, ötən il xidmətin kobud qanun pozuntularına yol verən 347 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 36 əməkdaş tutduqları vəzifədən azad olunub, 34 əməkdaş isə ədliyyə orqanlarından xaric ediliblər.

Müşavirəyə yekun vuran ədliyyə naziri F.Məmmədov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, dinamik iqtisadi tərəqqiyə nail olunduğunu vurğulayıb, ədliyyə sisteminin müasirləşdirilməsi, o cümlədən penitensiar xidmətin işinin yaxşılaşdırılmasına dair tədbirlərə toxunaraq məhkumların hüquqlarının xeyli genişləndiyini, bu sahədə qanunvericiliyin təkmilləşdiyini, saxlanma şəraitinin yaxşılaşdırıldığını bildirib. Həmçinin məhkumların ailələrinə yaxın ərazilərdə cəza çəkməsi və sosial adaptasiyası məqsədi ilə bölgələrdə müasir penitensiar infrastrukturun yaradılmasını, …read more

From:: ANS