Düşmən ordu titrədi

Ermənistanın “Qraparak” qəzeti yeni iddia irəli sürüb, İrəvandakı hərbi tədris müəssisəsinin kursantı Aykaz Barseqyanın qətlində şübhələnən şəxsin yüksək vəzifədə çalışan valideyninin məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, qəzet mənbələrə istinadla yazıb ki, Ermənistanın Hərbi Liseyin rəisinin istefasından sonra onun bir neçə müavinləri də istefaya göndəriləcək. Belə ki, altı müavindən, yalnız biri qalacaq.

Müdafiə Nazirliyinin nümayəndəsi deyib ki, onun adı hələ açıqlanmayacaq. Çünki kursantın qətlində şübhəli bilinənlərin arasında rəis müavininin birinin oğlunun olması dəqiqləşdirilir. Bundan sonra həmin vəzifəli şəxs təkcə vəzifəsindən uzaqlaşdırılmayacaq, həm də cinayət məsuliyyətinə cəlb ediləcək.

Buradan belə nəticə çıxır ki, kursantın ölüm qərarını məhz nazir müavinlərindən biri verib. Onlar bu hadisəni törətməklə hərbi təhsil müəssisəsinin rəisinin işdən çıxarılmasına nail olmaq və yerinə keçmək istəyiblər. Necə deyərlər, qurduqları tələyə özləri düşüblər.

Xatırladaq ki, 5 gün əvvəl İrəvandakı hərbi hissələrdən birinin idman zalında kursant Aykaz Barseqyanın asılmış meyiti aşkarlanıb. Qətldə şübhəli bilinən Vaçe Saakyan, Movsesa Azaryan, Qnel Tevorsyan və Norika Saakyan tutulublar. …read more

From:: ANS