Kim Çen Inı səhnədən uzaqlaşdırırlar

BMT-in xüsusi məruzəçisi Şimali Koreya lideri Kim Çen Inı siyasi səhnədən təcili olaraq uzaqlaşdırmağı təklif edib.

ANS PRESS-in məlumatına görə, BMT-nin xüsusi məruzəçisi Marzuki Darusman bildirir ki, Şimali Koreyada insan hüquqlarını bərpa etmək üçün Kim Çen Inı postundan kənarlaşdırmaq kifayət etməyəcək.

O qeyd edir ki, həmçinin ölkə prezidentin bütün ailə üzvlərini də siyasi səhnədən uzaqlaşdırmaq lazımdır:

“Mən düşünürəm ki, ən mühüm məsələ 80-100 minlik dustağı azad etmək və düşərgələri ləğv etmək lazımdır. Amma bu, yalnız o zaman ola bilər ki, şəxsiyyətə pərəstiş üzərində inşa edilən bu sistem tamamilə məhv ediləcək”.

Onun sözlərinə görə, bu sistemi dağıtmaq üçün Kim və onun ailəsini siyasi səhnədən “təmizləmək” lazımdır. …read more

From:: ANS