Sinoptiklərdən qar xəbərdarlığı

Hava haqqında xəbərdarlıq edildi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 04-ü gün ərzində və 05-də ölkə ərazisində hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı proqnozlaşdırlır.

Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Fevralın 4-ü səhərdən 5-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Fevralın 5-i gündüz və 6-da meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xatırladaq ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 4-də hava şəraitinin axşama doğru yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir. …read more

From:: ANS