SOCAR qazın qiymətini artırdı

SOCAR Georgia şirkəti martın 1-dən çörəkbişirmə kombinatları istisna olmaqla bütün kommersiya şirkətləri üçün təbii qazın qiymətini 15 tetri artıracaq.

ANS PRESS xəbər verir ki, bu barədə SOCAR Georgia özü məlumat yayıb.

Məlumatda deyilir ki, buna səbəb Gürcüstan milli valyutası – larinin kursunun aşağı düşməsi olub.

Martın 1-dən bütün kommersiya şirkətləri (çörəkbişirmə şirkətləri istisna olmaqla) istifadə etdikləri təbii qazın 1 kubmetri üçün ƏDV də daxil olmaqla 90 tetri ödəyəcəklər. Bu gün isə şirkətlər işlətdikləri qazın 1 kubmetri üçün 75 tetri ödəyirlər. …read more

From:: ANS