Qalmaqallı məhkəmə işi başladı

Fransada “Karlton” adı ilə tanınan qalmaqallı istintaq prosesinin ilk iclası olub.

İstintaqa cəlb olunan şəxslər qadın alveri ilə məşğul olmaqda, qadınları cinsi istismara məruz qoymaqda ittiham olunurlar.

ANS PRESS xəbər verir ki, müttəhimlər arasında Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominik Stros-Kan və digər 13 nəfər – vəkillər, polis əməkdaşları və biznesmenlər də var.

İddialara görə, Lil şəhərində fahişəlik edən qadınlar şəbəkəsi sözügedən müttəhimlərin də vasitəçiliyi ilə pul müqabilində, eyni zamanda, Paris, London və Vaşinqtona göndərilirmişlər. Dominik Stros-Kanın bu işdə aparıcı rolu olub.

Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları hər biri 10 il olmaqla azadlıqdan məhrumetmə cəzası və ya 1.5 milyon dollar pul cəriməsi gözləyir.

Məhkəmənin 3 həftə çəkəcəyi gözlənilir. …read more

From:: ANS