Bir oturuma “dünyanı yeyən” adam (FOTO)

Yemək yemə üzrə dünya rekordmeni olan yapon vətəndaşı bacarğı ilə hamını heyran etməyə davam edir.

ANS PRESS-in məlumatına görə, Türkiyədə bank reklamlarından birində çəkilərək daha da məşhurlaşan Takeru Kobayaşi yarım saata 337 toyuq qanadını, 15 dəqiqədə inək beynini və 24 dəqiqədə 55 qab quzu ətini yeyə bilir.

Ləqəbi “Sunami” olan 37 yaşlı Kobayaşi bir oturuma istənilən qədər yemək yesə də 58 kilodur.

Qeyd edək ki, bir çok rekordlara imza atan Kobayaşi bir müddət əvvəl isə 4 litrə yaxın südü başına çəkərək dayanmadan bir dəqiqə ərzində içib və bu bacarığına görə Ginnesin rekordlar kitabına adını yazıdırıb.

…read more

From:: ANS