Azəri qızı Alişanla duet oxudu (VİDEO)

Türkiyədə yaşayıb fəaliyyət göstərən Azəri Günel Zeynalova tanınmış türk kanallarından birinin qonağı olub.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda, eləcə də qardaş ölkədə sevilən xanım müğənnimiz Azəri Günel ötən gecə “TRT Müzik”də türküçü-müğənni Alişanın aparıcılığı ilə yayımlanan “Hayaller” musiqili proqramında bir-birindən gözəl ifaları ilə tamaşaçıları feyziyab edib.

Alişan on beş gündən bir efirə gedən proqramda izləyicilərin xahişi ilə Güneli qonaq çağırıb. Onlar birlikdə bir neçə mahnını duet şəklində oxuyublar.

Müğənnilərin canlı ifasında səsləndirdiyi “Kum Gibi” mahnısı xüsusilə zövqləri oxşayıb və Günel onu sevənlərə əsl musiqi ziyafəti verib.

Qeyd edək ki, müğənninin səhnə geyimini Burçin Alaz hazırlayıb.

…read more

From:: ANS