Rusiya Ukrayna raketlərini almaycaq

Rusiyanın Roskosmos şirkəti Ukraynanın Dnepropetrovsk şəhərində “Yujmaş” zavodunda istehsal olunan “Zenit” raketlərini bundan sonra sifariş etməyəcək.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Vahid Raket-Kosmik korporasiyasının rəsmisi İqor Burenkov BBC-ə bildirib.
Onun sözlərinə görə, Moskva kosmik peyklərini fəzaya Rusiyada istehsal olunan “Anqara” adlı raketlərlə göndərmək niyyətindədir.

“Ukraynadan artıq iki raket alınıb, lakin onları mütəxəssis yoxlamasından keçirmək lazımdır. Hələ siyasət bir kənarda qalsın, ‘Yujmaş’ zavodunun düşdüyü acınacaqlı vəziyyət əməkdaşlığı mürəkkəbləşdirir “, deyə Burenkov bildirib.

Qeyd edək ki, “Zenit” kosmik raketlərini istehsal edən Ukraynanın “Yujmaşzavod” müəssisəsi hazırda ciddi çətinliklərlə üzləşib.Zavodun gəlirləri son dövr ərzində 4 dəfə azaldığından, işçilər 2 aylıq ödənişsiz ezamiyyətə göndərilib. …read more

From:: ANS