Bakıda fəhlə işlədiyi sexdə yıxılaraq öldü

Bakının Suraxanı rayonu bülbülə qəsəbəsində bədbəxt hadisə baş verib. ANS PRESS-in xəbərinə görə, 2-ci Bülbülə, ev 23-də yaşayan 25 yaşlı Nicat Fərzəliyev fəhlə işlədiyi soyuducu anbar sexində hündürlükdən yıxılaraq xəsarət alıb.

Müxtəlif dərəcəli kəllə beyin travmaaları alan yaralı 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğu üçün həkimlər dərhal onu əməliyyata götürüblər. Əməliyyatdan sonra 7 saat komada qalan Nicat Fərzəliyev gecə saatlarında dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon prakrorluğunda araşdırmalar aparılır. 25 yaşlı gəncin ölümünə səbəb olan hadisənin təfərrüatları istintaqın yekununda bəlli olacaq. …read more

From:: ANS