Analarını söydürən ruslar (VİDEO)

Rusların yarıdan çoxu danışıqlarında ana söyüşü işlədir.

ANS PRESS-in xəbərinə görə, bu, “Levada” mərkəzinin apardığı rəy sorğusu nəticəsində məlum olub.

İctimai rəy mərkəzinin verdiyi məlumata görə rusiyalıların 59 faizi danışarkən ana söyüşü işlədir.

Rəy sorğusunun nəticəsinə görə “ağzı söyüşə öyrəşənlər”in 10 faizi bunu daim, 49 faizi isə bəzən edir.

Rusiyalıların 74 faizi ətrafdakıların söyüş söydüklərinin daim şahidi olduqlarını bildirirlər.

Rəy sorğusu 18 yaşından başlayaraq bütün qruplardan olan 1600 nəfər arasında aparılıb.

Bunlar Rusiyanın 46 regionunun 134 yaşayış məntəqəsini təmsil ediblər.

Rəyi soruşulanların 54 faizi hesab edir ki, söyüşdən “söhbət vaxtı yeri gəldiyi üçün” istifadə edilir.

33 faiz söyüşün ürəyi boşaltmağın üsulu olduğunu düşünür.

Rəyi soruşulanların yalnız 13 faizi ana söyüşünü təhqir hesab edir.

Qeyd edək ki, Yanvar ayında Rusiya Dövlət Dumasının mədəniyyət komitəsinin rəhbəri kinorejissor Stanislav Qovuruxin nalayiq sözlərin kino sənətinə qayıtması əleyhinə çıxış etmişdi.

Bundan əvvəl rejissorlar Fyodr Bondarçuk, Nikita Mixalkov, Sergey Miroşniçenko və Karen Şaxnazarov baş nazir Dmitry Medvedevə yazdıqları müraciətdə kinofilmlərdə əsərin bədii həllinin tələb etdiyi yerlərdə söyüşün işlədilməsinə icazə verilməsini xahiş etmişdilər.

Məhz bu kimi mübahisələrə görə hay-küyə səbəb olmuş Leviafan filminin prokata buraxılması ləngiyir.

Filmin yenidən səsləndirilmiş versiyasının ekranlara buraxılmasına hər halda icazə verilib.

Prezident Vladimir Putin bu məsələnin, ümumiyyətlə qanunlarla tənzimlənməsinin əleyhinədir.

Maraqlıdır ki, respondentlərin təhsili və sosial statusu və ya yaşadıqları şəhər və kəndlər sorğunun nəticələrinə ciddi təsir göstərməyib.

Başqa sözlərlə, Rusiyada ana söyüşünü bütün yerlərdə, bütün insanlar təxminən eyni nisbətdə işlədirlər.

Burası da var ki, ana söyüşünü ən fəal işlədənlər 18-24 yaş arasında olanlardır.

…read more

From:: ANS