Qabanlar şəhərə hücum etdi (VİDEO, FOTO)

Türkiyədə qabanlar şəhər sakinlərini qorxuya salıb.

ANS PRESS-in məlumatına görə, hadisə Ərdahan əyalətində baş verib.

Türkiyədə Ərdahan əyalətində şəhərə girmiş ac qabanlar vətəndaşları şoka salıb. Güclü şaxtalara görə yemdən məhrum olmuş qabanların şəhərə girdiyi ehtimal edilir.

Qabanlar Ərdahanın mərkəzində universitet binalarından birinə qədər çatıblar.

Qeyd edilir ki, vətəndaşlar şəhərin küçələrində o qədər qaban görüb sadəcə şoka düşüblər.

…read more

From:: ANS