Bu da EMİN-in yeni klipi (VİDEO)

Müğənni-bəstəkar Emin Ağaarov (EMİN) yeni klipini təqdim edib.

ANS PRESS-in məlumatına görə, tanınmış müğənni-bəstəkar EMIN-in “Woman” (“Qadın”) mahnısına çəkdirdiyi klip yayımlanıb.

Yeni klipin çəkilişləri Mayamidə baş tutub. Klipdə EMIN-lə yanaşı, musiqiçi Çarli Uilyams da yer alıb.

Onlar mahnını gitarada birlikdə ifa ediblər.

Qeyd edək ki, EMIN ABŞ-da olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. O, İş adamı Araz Ağalarovun oğludur və Azərbaycan prezidenti İlham Əliyevin kürəkənidir. 30 aprel 2006-cı ildə Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var. Leyla Əliyeva və Emin Ağalarov “Stick Together” adlanan klipdə bir yerdə yer alıblar.

ANS PRESS müğənninin yeni klipini təqdim edir:

…read more

From:: ANS