İŞİD-i tərk etmiş cəllad

Ən azı 55 adamı qətlə yetirməkdə günahlandırılan hind əsilli terrorçu Areeb Majeed özlərini İraq və Şam İslam Dövləti (İŞİD) adlandırılan silahlı qruplaşmanı tərk edib.

ANS PRESS-in məlumatına görə, may ayında İŞİD-ə qoşulmuş Areeb Majeed ona verilən maaşın azlığından şikayət edib.

Türkiyəyə keçməyi bacarmış yaraqlı İstanbulda saxlanaraq Hindistan konsulluğuna verilib, oradan isə ölkəsinə göndərilib. Dekabrın 8-də o, məhkəməyə çıxarılacaq.

Areeb Majeed Munbay şəhərinin Kalyan bölgəsində yaşayarkən “Facebook” vasitəsi ilə iraqlı bir İŞİD üzvü ilə tanış olub. Mayda İraqa gedərək İŞİD-ə qoşulub. Hind mətbuatı onun orada İŞİD üzvü bir qadınla evləndiyini bildirir.

Toplam üzv sayı 30 minə yaxın olan İŞİD sıralarında 15 min xarici vətəndaşın olduğu bildirilir. …read more

From:: ANS