Bu tvit izləmə rekordu qırır (FOTO)

İŞİD terror qruplaşması tərəfindən bir qədər əvvəl edam olunan iki yapon jurnalistdən biri olan 47 yaşlı Kenji Gotonun “twitter”də 4 il əvvəl yazdığı status sosial şəbəkələrdə paylaşma rekordu qırır.

ANS PRESS-in məlumatına görə, yapon jurnalist 4 il əvvəl bu statusu yazıb:

“Gözlərimi yumuram və tərpənmirəm. Hirslənər ya da bağırarsansa, bu hər şeyi bitirir. Bu duaya yaxın bir şeydir. Nifrət insanlar üçün deyil. Ancaq tanrı mühakimə edər. Mən ərəb qardaşlarımdan bunu öyrəndim”.

Dözümlülük və tolerantlıq ifadələrini ehtiva edən bu mesaj “Twitter”in yapon istifadəçiləri tərəfindən Gotonun Sierra Lion, Əfqanıstan və İraqda uşaqların ağır durumu barədə yazılan xəbərlərə olan heyranlıq ifadələri ilə birlikdə paylaşılır.

Yapon jurnalistin son atdığı tvit oktyabr ayında yazılıb. Statusların Gotoya məxsus olduğunu həyat yoldaşı Toşi Maeda tərəfindən də təsdiq olunub.

…read more

From:: ANS