Almaniya rekord vurdu

Almaniya iqtisadiyyatı ötən ili rekord göstərici ilə başa vurub.

ANS PRESS-in məlumatına görə, Almaniya 2014-cü ildə ixrac səviyyəsini 30 milyard dollar artıraraq 220 milyon avroya (285 milyard dollar) çatdırıb.

Qlobal böhranın təsirlərinin hiss olunmasınıa baxmayaraq xarici ticarətin səviyyəsinə görə, dünya birinciliyini əlində saxlayan Almaniyanı 150 milyard dollar ilə Çin izləyir.

Sıyahıda üçüncü sırada isə 100 milyard dollar ilə Səudiyyə Ərəbistanı yerləşir. “Spiegel Online”ın qiymətləndirmələrində Almaniyanın xarici ticarətindəki artımın səbəbi kimi ABŞ və İngiltərə kimi ölkələrin alman mallarına artan tələbi və neftin ucuzlaşması kimi amillər göstərilib.

Ekspertlərin proqnozlarına bu il Almaniya ixrac həcmini 240 milyard avroya çatdıracaq.

Qeyd edək ki, Türkiyənin xarici ticarət kəsiri 2014-ci il üçün 84 milyard dollar olub. …read more

From:: ANS