Rok ifaçısı qəzada öldü (FOTO)

Rok ifaçısı dəhşətli avtomobil qəzasında ölüb.

ANS PRESS-in məlumatına görə, bu gün səhər rok ifaçısı Andrey “Kuzma” Kuzmenkonun avtomobili yük maşını ilə toqquşub. Nəticədə ifaçı ağır yaralanıb və yerindəcə keçinib. Onun maşınındakı digər qadın sərnişin isə xəstəxanaya aparılıb. Yük maşınının sürücüsü isə ciddi xəsarət almayıb və tibbi yardıma ehtiyacı olmayıb.

Qeyd edək ki, 47 yaşlı Andrey “Kuzma” Kuzmenko Ukraynanın “Skryabin” rok qrupunun lideri olub. O, 2004-cü ildə Narıncı inqilab zamanı konsertində o vaxtkı hakimiyyətin tərəfində çıxış etdiyi üçün sonralar bir neçə dəfə ittiham edilmişdi. 2014-cü ildə Ukraynanın şərqində hərbçilərə kömək edirdi.

…read more

From:: ANS