Avrointeqrasiya qalib gəlir?

Moldovada keçirilən parlament seçkilərinin ilkin nəticələri bəllidir. ANS PRESS-in məlumatına görə, ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkiləri protokollarının 87,6 faizini ictimaiyyətin diqqətinə çatdırıb.

Nəticələrə görə, liderliyi sosialistlər partiyası əldə edib. Belə ki, adıçəkilən partiya 21,61 faiz səs toplaya bilib.

Daha sonra Liberal demokrat partiyası (19,29), kommunistlərin partiyası (17,84%), Demokratik partiya (15,76%) və Liberal partiya (9,8%) gəlir.

Beləliklə ehtimal olunan Avropayönlü koalisiya üzvləri ümumi rəqəmdə moldovanların 45 faiz səsini toplaya bilib. Onların rəqibləri – Rusiya ilə inteqrasiyanı dəstəkləyən solçu qüvvələr isə 39 faiz səs əldə ediblər.

Qeyd edək ki, Demokrat partiyasının lideri Dmitriy Dyavkov artıq yaxın günlərdə sağçı hakim koalisiya təşkil ediləcəyini bəyan edib. …read more

From:: ANS