Birinci xanım sərgi açılışında (FOTO)

Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu gün burada” (“Here Today”) adlı sərginin açılışı olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib ki, bu sərgi həyatı təhlükə altında olan bütün heyvan cinslərinin gözəlliyini, onların vacibliyi və müdafiəsinin önəmini vurğulamaq üçün yaxşı bir üsuldur.

Ümumdünya Parklar Konqresinin toplantısında iştirak etmək üçün Avstraliyaya səfərini xatırladan Leyla Əliyeva gələcək nəsillərin təbiəti qorumasının vacibliyini bildirib və bu istiqamətdə ölkəmizdə həyata keçirilən işlərdən danışıb.

Leyla Əliyeva deyib: “Azərbaycanda biz gəncləri ətraf mühitin mühafizəsi istiqamətində maarifləndiririk. Azərbaycan qədim ənənələrə və zəngin tarixə malik olan ölkədir. Şərq in Qərbin ayırcında yerləşən ölkəmizdə şərqin müdrikliyi, qərbin tərəqqisi var. Ötən müddətdə Azərbaycan tarixi İpək Yolunda əsas bir mərkəzə çevrilib. Azərbaycanın tolerantlıq, dialoq və yeni fikirklər ölkəsinə çevrilməsi mədəniyyətimizin inkişafına böyük təsiri olub. Avropa, Asiya və Orta Şərq arasında nadir coğrafi mövqe gözəl landşaftlar yaratmaqla təkcə mədəniyyətimizə yox, həm də təbiətimizə təsir edib. Azərbaycan qarlı dağlar, göllər, çaylar, sıx meşələr, ovalıqlar və çəmənliklər ölkəsidir. Dünyada mövcud olan iqlim qurşağından doqquzu Azərbaycanda var və bu çox zəngin biomüxtəliflik yaradır. Buna görə üç il bundan əvvəl biz Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq üçün İctimai Birlik – İDEYA-nı yaratdıq. Hələ qət edəcəyimiz yolun əvvəlində olmağımıza baxmayaraq, biz artıq bir çox layihələr həyata keçirmiş və müsbət nəticələr əldə etmişik. Bizim bəzi layihələrimizə Azərbaycanda yaşayan 3 milyon gənci təmsil etmək məqsədilə 3 milyon ağacın əkilməsi, çöl ceynranın vəhşi təbiətə buraxılması və 8 mindən artıq uşağın ətraf mühiti qorumaq üçün maarifləndirilməsi kimi işlər daxildir. Biz, həmçinin öz məşhur beşliyimizi müəyyən etmişik. Bu, qonur ayı, boz qurd, qartal, ceyran və qafqaz bəbiridir”.

Daha sonra Leyla Əliyeva Azərbaycanda Qafqaz biomüxtəlifliyi sammitinin keçirildiyini, ölkəmizin Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin üzvü olduğunu xatırladıb, hazırda …read more

From:: ANS