“Qanuni oğru”lar xəngəlxanada tutuldular (VİDEO)

Moskva polisi Lyusinov küçəsindəki xəngəlxanada olan 18 kriminal avtoritet və 2 “qanuni oğru”nu saxlayıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan “qanuni oğru”lardan biri Taxi ləqəbi ilə tanınan 53 yaşlı Georgi Uqlava, digəri isə 39 yaşlı Kaxa Parpaliyadır. Polis Uqlavanı həbs edib. Parpaliya ilə ilkin söhbətindən sonra buraxılıb. Uqlava və Parpaliya müvafiq olaraq Kutaisi və Suxumu klanına məxsus oğrulardır. Onlar “Ded Hasan” tərəfdarflarının ən qatı düşmənlərindən sayılırlar.

Oğru aləmində nüfuzlarını itirdiklərinə görə, Ukraynada yaşayamağa məcbur olan “qanuni oğru”lar Rusiyada nüfuzlarını bərpa etməyə ümid edirlər.

…read more

From:: ANS