Erməni iki azərbaycanlını necə öldürdü?

Rusiyanın Sankt Peterburq şəhərinin “Qurman” restoranında baş vermiş atışma nəticəsində ölənlərin hər ikisinin azərbaycanlı olduğu məlum olub.

ANS PRESS-in məlumatına görə, ölənlər Gürcüstanın Marneuli rayonunun sakini 29 yaşlı Vüsal Əfəndiyev və kafenin 46 yaşlı direktoru, Gürcüstan vətəndaşı Nazim Səmədov olub. Vüsal hadlisə yerində keçinib, Nazim isə xəstəxanada dünyasını dəyişib.

Hadisə fevralın 1-i gecə saat 4 radələrində baş verib. Kafenin sahibi Nazim Səmədovla milliyyətcə erməni olan Gürcüstan vətəndaşı arasında mübahisə yaşanıb. Erməni müştəri xidmət səviyyəsindən narazı qalaraq kafenin sahibinə qarşı silah işlədib. Güllələrdən biri kafenin sahibinə, digəri isə Vüsal Əfəndiyevə dəyib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Atışmada iştirak edən şəxslərin axtarışı davam etdirilir. …read more

From:: ANS