700 bal toplamaq üçün nə etməli? (FOTO)

Bu tədris ilində 700 bal toplayaraq ali məktəbə qəbul olan daha bir gənclə oxuçularımızı tanış edirik. Bu, Qədimbəyli Qoşqar Azər oğludur. 1997‐ci ildə Bakı şəhərində anadan olan Qoşqar V sinfə qədər təhsilini Bakı şəhəri 245 saylı tam orta məktəbdə, sonra isə 287 saylı “Zəkalar” liseyində alıb. 2014‐cü ildə həmin liseyi qızıl medalla bitirib. Riyaziyyat fənni üzrə rayon və şəhər olimpiadalarının qalibi olub. Builki qəbul imtahanında II ixtisas qrupu üzrə 700 bal toplayaraq “ADA” Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.

-Məktəbdə əla oxumağına hansı amillər təsir edib?
– Birinci sinfə gedəndən məktəbi bitirənədək valideynlərim mənim təhsilimə həmişə çox ciddi yanaşıblar. Onlar gündəlik işlərinin bir hissəsi kimi hər gün müəllimlərin verdiyi tapşırıqları mənim necə yerinə yetirməyimlə maraqlanırdılar. Bu da məndə dərslərə həm
məsuliyyət, həm də həvəslə yanaşma hissi yaradırdı. Yaxşı təhsil almağımda “Zəkalar” liseyinin rolunu xüsusi vurğulamaq istəyirəm. Orada elə bir mühit vardı ki, ya oxumalıydın, ya da məktəbdəki proseslərdən kənarda qalmalıydın. Şagirdlər arasında ciddi rəqabət var idi. Hamı bilik səviyyəsinə görə bir‐birini ötməyə çalışırdı. Müəllimlərimiz bilik yarışları təşkil edir və qaliblərə xüsusi diqqət ayırırdılar. Buna görə də hamı qalib olmağa çalışırdı. Bizə daim belə bir fikir aşılanırdı ki, bura təhsil ocağıdır və sizin burada işiniz oxumaqdan ibarət olmalıdır. Bütün bunlar mənim əla oxumağıma təsir edirdi.

– Sinif yoldaşlarının qəbul imtahanında göstəriciləri necə oldu?
– Qeyd edim ki, uşaqların, demək olar, hamısı yaxşı oxuyurdu və ali məktəbə qəbula ciddi hazırlaşırdı. Nəticədə 2 nəfər 700, 6 nəfər 650‐dən artıq bal topladı. Yarıdan çoxu isə 600‐650 arası nəticə göstərdi. Sinif yoldaşlarımın hamısı arzu etdikləri ixtisaslara qəbul olublar.

– Gənclərin əksəriyyəti repetitorla hazırlaşmağı qəbula hazırlıq üçün vacib amil hesab edir. Sən bu haqda nə deyərdin?
– Ali məktəbə qəbul olmağın təməlini orta məktəbdə qazanılan bilik təşkil edir. Belə düşünmürəm ki, orta məktəbi yaxşı oxumayıb son siniflərdə repetitor yanına getməklə yüksək uğur əldə etmək olar. Mütləq əvvəldən məqsədli şəkildə dərslərini yaxşı …read more

From:: ANS