Pilot sükanı buraxıb tualetə getdi (VİDEO)

Bir sərnişin təyyarəsində qorxu dolu anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, hadisə ABŞ-da Minneapolis – Las Veqas reysini həyata keçirən təyyarədə baş verib. Belə ki, təyyarənin pilotu tualetə getdikdən bir müddət sonra geri qayıdıb.

Ancaq o, pilot kabinəsinin qapısı bağlı olduğu üçün içəri daxil ola bilməyib. Pilot sərnişinlərə anons edərək çöldə qaldığını və kabinanın qapısının kilidə düşdüyünü söyləyib. Bu anons qısa zamanda təyyarədəki sərnişinlər arasında çaxnaşma yaradıb.

168 sərnişin və ekipaj üzvünün olduğu təyyarə McCarran Beynəlxalq Hava limanına məcburi eniş üçün icazə istəyib.

Daha sonra aerodroma yönələn təyyarəni köməkçi pilot yerə endirib. Pilotun anonsu zamanı sərnişinlərin həyəcanı kameralar tərəfindən qeydə alınıb.

Həmin görüntüləti sizə təqdim edirik:

…read more

From:: ANS