Astarada 4 nəfər saxlanılıb

Astarada narkotik ticarətilə məşğul olan və oğurluq edən 4 nəfər saxlanılıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həmin şəxslər Astara rayon polis şöbəsi əməkdaşlarının rayonun Şahağacı kəndində keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar. Saxlanılanlardan Şəhriyar Dadaşovun üzərindən 0,595 qram, İlqar Süleymanovun üzərindən isə 6 bükümdə 3 qrama yaxın heroin heroin götürülüb. Şəhriyar Dadaşov heroini həmkəndlisi İlqar Süleymanovdan, İlqar isə narkotik vasitəni həmkəndlisi Mirzağa Səmədovdan, Mirzağa isə Həqiqət Məmmədovadan aldıqlarını deyiblər.

Müstəntiq Bəhruz Qulamovun sözlərinə görə, ibtidai istintaqın gedişində müəyyən edilib ki, Səmədov Mirzağa Akif oğlu yanvarın 30-da qohumu Səmədova Kamilə Əhmədağa qızına məxsus Şahağacı kəndindəki evə qanunsuz daxil olub, oradan 21 manat pul və 3650 manat dəyərində qızıl zinət əşyalarını oğurlayıb.

Hazırda narkotik maddələr və oğurlanan əşyalar maddi sübut kimi götürülüb. Onların daha kimlərlə əlbir olduqları araşdırılır. Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb. …read more

From:: ANS