Neftin fəlakətli enişi

Nyu-York birjasında West Texas Intermediate (WTI) neftnin qiyməti 2,46% dəyər itirərək 1 barrel üçün 64, 52 dollara düşüb.

ANS PRESS-in məlumatına görə, bu kəskin azalma kimi dcəyərləndirilə bilər. Bir gün öncə birjalar işi 71 dollarla baş çatdırmışdı.

Eyni gündə Londonda Brent nefti də kəskin ucuzlaşaraq barrel üzrə 68 dollar 28 sentə düşüb.

Ekspertlər neftin barrelinin 57 dollardan aşağı düşəcəyini ehtimal edirlər. İddia edilir ki, Səudiyyə Ərəbistanı tərəfindən yürüdülən bu siyasət ABŞ-ın şist neftini bazardan çıxarmaqdır. Neftin qiyməti bu həddən aşağı düşdükdən sonra şist neftini istehsal etmək rentabelli olmur.

Azərbayjan 2015-ci il üzrə büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb. …read more

From:: ANS