Elşad Mirinin evindən oğurluq

İlahiyyatçı alim Elşad Mirinin evində oğurluq hadisəsi baş verib.

ANS PRESS-ə açıqlama verən ilahiyyatçı bu oğurluq hadisəsinin ona xəbərdarlıq olaraq edildiyini ehtimal edir.

“1 həftə əvvəl yenə ölüm təhdidi aldım. Bu gün isə Biləcəridəki evimizə oğru(lar) daxil olub hər şeyimizi aparıblar. Hadisə axşam saat 6 radələrində baş verib. Uca Allahımıza şükrlər olsun. Ailəmin 2 saat evdə olmadığı vaxt hadisənin baş verməsi sevindirici haldır. Evdən isə əllərinə keçən pul, qızıl, bahalı əşya və texnikalarımızı aparıblar. Polis araşdırmalarından sonra mənə dəyən ziyanın 50 min manat olduğu müəyyənləşdirilib. Ancaq mən bu rəqəmin daha çox olduğunu düşünürəm”.

Elşad Mirinin fikrincə, onu fərqli fikirlərimə görə, təhdid edirlər. İlahiyyatçı buna görə də hüquq mühafizə orqanlarına onlayn vasitə ilə müraciət etdiyini söyləyib:

“Ancaq hələlik bir cavab gəlməyib. Özüm isə öz vəsaitim hesabıma təhlükəsizliyimi təmin etməkdə çətinlik çəkirəm. Bilmirəm, bu hadisə xəbərdarlıqdır, yoxsa adi oğurluq? Hər halda mənzilin qapısını xüsusi qurğularla sındırıb içəri daxil olmaq və yalnız bəzi mühüm əşyaları götürmək mənə verilən mesaj da ola bilər”- deyə ilahiyyatçı ANS PRESS-ə bildirib. …read more

From:: ANS