Dəm qazı 1 uşağı yetim qoydu

Bakıda daha bir zəhərlənmə faktı qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, paytaxtın NZS qəsəbəsində baş verən hadisə zamanı bir nəfər dəm qazından zəhərlənib.

Hadisə qəsəbənin Lazovski küçəsində mənzil 12-də qeydə alınıb. Hadisə yerindəki şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, zəhərlənmiş şəxs 27 yaşlı Murad adlı gənc olub.

O bu mənzilə yenicə köçübmüş. 1 uşaq atası olan şəxsin meyiti artıq mənzildən çıxarılıb.
İlkin ehtimala görə, hadisə qaz sızmasından meydana gəlib. …read more

From:: ANS