Ərdoğan üçün təhlükə

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın keçəcəyi yolda olan binalardan birinin həyətində partlayış baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Ərdoğanın kortecinin keçməsinə yarım saat qalmış Çankaya rayonunda baş verib.

Partlayışın baş verməsi ilə prezident keçəcəyi üçün yolda hərəkəti tənzimləyən polis hadisə yerinə terrorla mübarizə şöbsinin və partlayıcını zərərsizləşdirmə qrupunun əməkdaşlarını cəlb edib. Hadisənin baş verdiyi yerdə çox sayda partlayışda istifadə olunan partlayıcı vasitələr aşkarlanıb.

Ətrafda diqqətlə axtarış aparan polislər hadisə yerində daha bir partlamağa hazır, kustar üsulla düzəldilmiş partlayıcı qurğu aşkarlayıblar.

Hadisə yerindən aşkarlanan partlayıcı qurğu və digər partlayıcı vasitələr araşdırılmaq üçün yerli polis idarəsinə aparılıb.

Daha sonra prezident Ərdoğanın korteci yoldan keçib və ölkə başçısının mühafizəçiləri hadisə yerinə qayıdaraq baş verənlər barədə polisdən məlumat alıblar.

Faktla bağlı araşdırmalar davam edir.

…read more

From:: ANS